Oğlunu xilas etmək üçün ata özünü fəda etdi

17-08-2018, 08:14           
Oğlunu xilas etmək üçün ata özünü fəda etdi
Avstraliyanın Sidney şəhərində oğlunu xilas etmək üçün kişi özünü eyvandan atıb.

Teref.az oxu.az-a istinadən bildirir ki, keçmiş hərbçi və dalğıc Bred Lyuis 8 yaşlı oğlu Oskarla dostunun evində qonaq olub. Uşaq oyun əsnasında balkonun məhəccərinə yaxınlaşıb və aşağı boylanıb, lakin müvazinətini itirib.

Oğlunun yıxılacağını görən Lyuis özünü yetirərək Oskarı tutmağa macal tapıb, amma hər ikisi 4 mter hündürlükdən betonun üstünə yıxılıblar. Bu zaman övladını qucaqlayan ata onun daha yüngül zədələnməsinə səbəb olub.

Uşağın beyni zədələnib, kəllə sümükləri sınıb. O, artıq xəstəxanadan evə buraxılıb.

Lyuis isə açıq kəllə-beyin travması alıb, onun beyni də zədələnib. Onun müalicəsi 6 aydan bir ilə qədər davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru