Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub

21-08-2018, 06:49           
Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub
Qax rayonunda qadını elektrik cərəyanı vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Tasmalı kənd sakini, 1966-cı il təvəllüdlü Müslümət Fazil qızı Məmmədovanı yaşadığı evdə elektrik cərəyanı vurub. Ağır xəsarət alan M.Məmmədova dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, hadisəyə 52 yaşlı qadınının ehtiyatsızlıqdan yaşadığı evdə elektrik naqilinə toxunması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru