Bakı metrosunda dəhşətli anlar - Kişi özünü qatarın altına atdı

21-08-2018, 15:16           
Bakı metrosunda dəhşətli anlar - Kişi özünü qatarın altına atdı
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib.

"Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir. O, özünü qatarın altına atsa da, xoşbəxtlikdən relslərin arasına düşüb. Dərhal relslər yüksək gərginlikli elektrik enerjisi xəttindən ayrılıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin və polis əməkdaşları çağırılıb. Həkimlər sərnişinin xəsarət almadığını bildirib", - deyə o, qeyd edib.

B.Məmmədovun sözlərinə görə, intihara cəhd edən şəxs içkili olub. Bununla belə, faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.