“Tesla”dan daha bir yenilik - Simsiz enerjidoldurma?

31-08-2018, 09:08           
“Tesla”dan daha bir yenilik - Simsiz enerjidoldurma?
Tesla” şirkəti “Tesla Wireless Charger” adlı simsiz enerjidoldurma qurğusunu təqdim edib. Qurğu “Qi” standartını dəstəkləyən “Android” və “iPhone” qurğuları üçün hazırlanıb.
İCTnews-a xəbər verir ki, enerjidoldurma qurğusunun batareyasının gücü 6000 milliamper/saat təşkil edir. “Tesla”nın nümayəndələrinin sözlərinə görə, cihazın işlənib hazırlanmasında şirkətin digər enerji məhsullarında tətbiq edilmiş dizayndan istifadə edilib.

“Tesla Wireless Charger” qurğusunun sahibləri “Android” sisteminin idarəetməsi altında işləyən qurğuları enerji ilə doldurmaq üçün daxili “USB-C” kabelindən, həmçinin daha sürətli kabel şarjı üçün “USB-A” portundan istifadə edə bilərlər.

“Tesla Wireless Charger” qurğusunun qiyməti 65 dollar təşkil edir.

Interpress.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru