Nazir: “Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir”

12-09-2018, 20:06           
Nazir: “Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir”
Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, cari ildə təqribən 900 min ton kartof istehsal olunub.

Bu yaxınlarda kartofa görə gömrük rüsumunun artırılmasına münasibət bildirən İ.Kərimov vurğulayıb ki, bu addım yerli məhsulun sabit qiymətini təmin etməyə və yerli istehsalçıların maraqlarını qorumağa xidmət edir.

Qeyd edək ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru