Yaponiyanın cənub-qərbində yerləşən Ryukyu adalarında zəlzələ olub.
Axar.az xəbər verir ki, 5,6 bal gücündə olan zəlzələnin episentri Okinava adasında yerləşən Naqo şəhərindən 163 kilometr şərqdə, ocağı 2 kilometr dərinlikdə yerləşib.
Dağıntı və yaralananların olub-olmaması barədə məlumat verilməyib.