Alimlər xərçəng hüceyrələrini məhv edən virus hazırlayıblar

21-11-2018, 18:39           
Alimlər xərçəng hüceyrələrini məhv edən virus hazırlayıblar
Oksford universitetinin alimləri ilk dəfə modifikasiya edilmiş virusun köməyi ilə bədxassəli şişi onu qoruyan hüceyrələri məhv etməyə müvəffəq olublar.

Avstriyanın “Kurier” qəzetinin verdiyi məlumata görə, əvvəllər xərçəng hüceyrələrini və həmin hüceyrələri insanın immun sistemindən qoruyan fibroblastları (birləşdirici toxumalar) insan orqanizminə zərər yetirmədən öldürmək mümkün sayılmırmış. “Bizim virusla bağlı yeni texnologiyamız kartsinoma (kimyəvi terapiya) zamanı immun sisteminin çökməsinin qarşısını almağğa və normal immun prosesini getməsinə şərait yaradır”,- araşdırma rəhbəri Kerri Fişer qəzetə bildirib.

Əvvəllər xərçəngin müalicəsində klinik araşdırmalarda istifadə olunan “Enadenotucirev” virusunda alimlər təbii immun sisteminin komponentləri sayılan T-hüceyrlərinin aktivatoru ola biləcək zülal əlavə ediblər. Zülalın molekullarının bir hissəsi fibrobalstlarla, o biri hissəsi isə T-hüceyrələrlə bağlanır. T-hüceyrələr isə bədnam xassəli hüceyrələri məhv edən immun sisteminin əsas tərkib hissəsi sayılır.

“Alimlər bu terapiyanı siçanlarda və xərçəng xəstəlyində olan şəxslər üzərində həyata keçiriblər. Əgər təhqiqatlar müvəffəqiyyətlə nəticələnsə, həmin metod artıq gələn ildən istifadə olunmağa başlanılacaq”, -deyə “Kurier” qəzetində xəbər verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.