BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

15-05-2019, 06:45           
BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək
İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberg Bakı Dövlət Universitetində olub.

Trend-in məlumatına görə, rektor Elçin Babayev universitet haqqında məlumat verib, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə İsrail universitetləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.

Avital Rosenberg universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib və səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.

Görüşdə tələbə-müəllim mübadiləsi, təbiət elmləri sahəsində birgə layihələrin hazırlanması barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğu vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru