Həyat yoldaşı Rüstəmxanlını belə təbrik etdi - Foto

20-05-2019, 11:44           
Həyat yoldaşı Rüstəmxanlını belə təbrik etdi - Foto
Bu gün xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür.

Kult.az xəbər verir ki, şairin həyat yoldaşı, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı sosial şəbəkədə S.Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı VHP-nin sədridir. S.Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub.

İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru