"Tikinti işləri normalara uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar” - Qurban Yetirmişli

23-05-2019, 17:47           
"Tikinti işləri normalara uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar” - Qurban Yetirmişli
“Azərbaycanda seysmik rayonlarda tikinti işlərinin norma və qaydalarına yenidən baxılacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, seysmik rayonlarda aparılan tikinti işlərinin normalarına baxılmalıdır: “Çünki bu normalar beynəlxalq standartlara uyğun olmalıdır. Müəyyən dövr keçdikdən sonra bu norma və qaydaların düzəliş edilməsinə ehtiyac yaranır. Bununla bağlı Amerika, San-Fransisko və Kanada Universitetindən Azərbaycana səfərə gələn mütəxəssislərlə birlikdə araşdırmalar aparılır. Bunun üçün də həmin ərazilərdə əvvəlcə tədqiqatlar aparılacaq və tələb olunan cihazlar quraşdırılacaq. Daha sonra bunun nəticəsində seysmik zonalarda aparılan tikintilərə beynəlxalq standartlar tətbiq olunacaq. Azərbaycanda tikinti işləri norma və qaydaların tələblərinə uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru