Bakıda mədəsini kiçiltmək istəyən qadın öldü - “Real Hospital”da

27-05-2019, 20:09           
Bakıda mədəsini kiçiltmək istəyən qadın öldü - “Real Hospital”da
Bakıda xəstəxanada mədəkiçiltmə (Bariatrik) əməliyyatı etdirən qadın ölüb.

Teref.az oxu.az-a istinadən xəbər verir ki, ölüm halı “Real Hospital”da qeydə alınıb.

Məıumata görə, 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son illər Azərbaycanda mədəkiçiltmə əməliyyatı geniş yayılıb. Son altı ildə iki minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru