Yol polisi plyonka söhbətinə son qoydu - Oxuyun, sonra kim istəsə vurar

27-05-2019, 21:56           
Yol polisi plyonka söhbətinə son qoydu - Oxuyun, sonra kim istəsə vurar
Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq
Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur. “Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər yəqin. Kimsə mövsümü pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər. "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu artıq qanunun tələbinin pozulmasıdır”, - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, hazırda maşınların yan şüşələrinə plyonka vuranlar qayda pozuntusuna yol vermiş hesab edilirlər.

baku.ws












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru