Xocasən, yoxsa Xocahəsən?

5-06-2019, 08:42           
Xocasən, yoxsa Xocahəsən?
Binəqədi rayonunda yerləşən Xocasən qəsəbəsinin adı mediada və bəzi rəsmi məlumatlarda yanlışlıqla “Xocahəsən” formasında yazılır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu qəsəbənin adı Xocasəndir və rəsmi sənədlərdə də bu cür qeyd edilib.

Qəsəbənin adını az qala hər gün press-relizlərində yazan qurumlardan biri - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirildi ki, qəsəbənin adının bəzi hallarda “Xocahəsən” deyə yazılması rəsmi saytlara görədir. Belə ki, bəzən qəsəbənin adının “Xocəhəsən” formasında qeyd edilməsinə də rast gəlinir.
Bildirildi ki, artıq son aylarda qəsəbənin adı yaydıqları məlumatda “Xocasən” olaraq qeyd edilir.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd etdi ki, 1999-cu ildə Xocasən inzibati ərazi vahidi təsdiq olunduğu zaman rəsmi sənəddə hansı formada yazılıbsa, o formada – yəni “Xocahəsən” olaraq yazırlar:

“Biz məhz 1999-cu ildə rəsmi sənəddə yazılana əsaslanırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.