“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

10-06-2019, 19:10           
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, dəyişiklik qanunun 27-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) maddəsində edilib.

Maddənin VI-I hissəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Dəyişikliklə buraya dövlət qurumları da əlavə olunub. Belə ki, dövlət qurumları nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.