Tibb təchizatçısının xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydası təsdiqlənib

14-06-2019, 01:19           
Tibb təchizatçısının xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydası təsdiqlənib
Nazirlər Kabineti "Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli Qanunun tətbiqi və “Tibbi sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1999-cu il 30 dekabr tarixli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası” təsdiq olunub.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru