Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır - DİN

21-06-2019, 16:21           
Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır - DİN
Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”.

Qeyd edək ki, bu gün bəzi KİV-də E. Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə”, 2018-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru