Gülnarə Kərimova cəmi 32 milyon qaytarıb – Rəsmi açıqlama

29-06-2019, 16:46           
Gülnarə Kərimova cəmi 32 milyon qaytarıb – Rəsmi açıqlama
Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnara Kərimova Özbəkistana cəmi 32 milyon dollar qaytarıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Özbəkistan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkə mətbuatında G.Kərimovanın dövlət büdcəsinə 1,2 milyard dollar qaytarması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. G.Kərimova 2018-ci ildə büdcəyə 20,2 milyon, bu il isə 11,8 milyon dollar qaytarıb.

G.Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

Xatırladırıq ki, G.Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru