Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsinə yeni təyinat olub. Teref.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun sərəncamı ilə Adil Əhmədov işlər müdiri vəzifəsinə təyin edilib.
Bundan əvvəl A. Əhmədov Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifəsini icra edib.
Xatırladaq ki, ötən gün baş nazirin əmri ilə şöbənin əvvəlki müdiri Süleyman Şəfiyev tutduğu vəzifədən azad edilib.