Nəsimi rayonunda yaşıl soyqırım davam edir - Şikayət var FOTOFAKT

23-04-2015, 15:12           
Nəsimi rayonunda yaşıl soyqırım davam edir - Şikayət var FOTOFAKT
Teref. infonun poçtuna Nəsimi rayonunda yaşıl soyqırımla bağlı şikayət gəlib. İçra hakimiyyətinin bütün bunları gördüyü şübhəsizdir, lakin niyə ölçü göğtürmədiyi bəlli deyil Hər halda Yasamala rayonu içra hakimiyyətinə verilən töhmtdən hə\ləlik onların hansısa dərs götürdükləri görünmür.
Teref. info olaraq şikayət məktubunu sizə təqdim edirik.
"Salam hörmətli teref.az. Nəsimi rayonunda baş verən bütün qanunsuzluqları yazdığınıza görə sizə təşəkkür edirik.
Yeganə şadlıq evinin yanından başlayaraq, yolun sağ və sol tərəflərində, 4 mk dairəsində,göz xəstəxanasından başlayaraq aşağı "pitomnik"-ə gedən yolda artıq ağaz qalmayıb.
Yol kənarından aşağı, bütün binaların arasında 5 - 6 mərtəbəli binalar tikilib və tikilir. Hazırda 1 nömrəli şahmat məktəbinin yanında, qırmızı rəngli marketin ətrafını çəpərləyiblər. Bütün ağaclar kəsilsələrdə kötükləri hələ qalıb. Ağacları məhf etməyin səbəbi də odur ki, burda bina tikilməlidir.
Nəsimi icra başçısının gözü doymur ki, doymur. 65 nömrəli MİS- in yerləşdiyi həyətdə bir obyekt tikiblər, hazırda şadlıq evi tikməyə hazırlaşırlar.
Uşaqlarımızın oynamağa, qocalarımızın nəfəs alıb dincəlməyə bir yerləri qalmayıb."


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.