Rusiyanın Kaluqa vilayətində yük maşını ilə mikroavtobus toqquşub.
"Yeni Sabah" “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza "Ukrayna" magistral yolunda Babıninski rayonunun 202 kilometrliyində baş verib. Nəticədə 3 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.