Lukaşenkodan Qarabağ təklifi: Həll edək!

11-10-2019, 17:10           
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
Postsovet məkanında dondurulmuş konfliktləri birgə həll etməyi təklif edirəm.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aşqabadda keçirilən MDB dövlət başçılarının toplantısında deyib.

“Bir yerdə olmuşuq, bir yerdə savaşmışıq, amma baxın, indi postsovet məkanında nə baş verir? Nə qədər belə konfliktlər var! Niyə biz bu məsələləri həll edə bilmirik? Əgər biz nəyəsə qadiriksə, bu problemləri həll etmək lazımdır. Ədalətlə, düzgün həll etmək lazımdır. Biz okeanın o tayından köməyə insanları çağırmağa məcbur qalacağımız situasiya yaratmamalıyıq”, – deyə o bildirib. /Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru