"Bank sektoru ölkənin qeyri-neft sektoruna kifayət qədər maliyyələşmə həyata keçirmir" - Şahin Mustafayev

17-10-2019, 09:54           
"Bank sektoru ölkənin qeyri-neft sektoruna kifayət qədər maliyyələşmə həyata keçirmir" - Şahin Mustafayev
“Son 3 il ərzində qeyri-neft sektorunda artım ürəkaçan deyil. Bunun əsas səbəbləri kimi maliyyələşmə ilə bağlı problemlərdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bildirib.

Nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq.

“Amma 130, ya 170 milyon manat sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir”, - deyə Ş.Mustafayev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru