Çilidəki etirazlar zamanı təxminən 1,5 min nəfər saxlanılıb

21-10-2019, 04:04           
Çilidəki etirazlar zamanı təxminən 1,5 min nəfər saxlanılıb
Çilidə keçirilən etiraz aksiyaları zamanı təxminən 1,5 min nəfər saxlanılıb.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə “BioBioChew” radiosu ölkənin baş prokurorluğuna istinadən məlumat yayıb.

Paytaxt Santyaqo bölgəsində hüquq-mühafizə orqanları 614 nəfəri, ölkənin digər şəhərlərində isə 848 vətəndaşı saxlayıb.

Bir neçə gündür davam edən etirazlar nəticəsində beş nəfər həlak olub. Onlar supermarketlərin birində baş verən yanğın zamanı ölüb.

Ölkənin daxili işlər naziri Andres Çadvik bildirib ki, bazar günü gecə ölkə daxilində 103 ciddi zorakılıq aktı baş verib.

Səhiyyə naziri Hayme Manyaliç bir gecədə 208 nəfərin yaralandığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru