İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gəlib. Bu barədə Azvision.az -a İranın Bakıdakı səfirliyindən məlumat verilib. Bildirilib ki, XİN rəhbəri Qoşulmama Hərəkatının iclasında iştirak edəcək.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Görüşə İran Prezidenti Həsən Ruhani də qatılacaq.