Məşhur "KVN"çiyə Rusiyada yüksək vəzifə verildi

24-10-2019, 02:30           
Məşhur "KVN"çiyə Rusiyada yüksək vəzifə verildi
Rusiyanın Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov "Şən və Hazırcavablar Klubu" (KVN) oyunlarında iştirak edən "Sbornaya RUDN" komandasının sabiq kapitanı Sanqadji Tarbayevi Rusiya prezidenti yanında daimi nümayəndə təyin etdiyini bildirib.

Yeniavaz.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Xasikov bu xəbəri "Instagram" sosial şəbəkəsində yayıb.

Onun sözlərinə görə, Tarbayev ən məşhur kalmıklardan biri və çox sayda əhəmiyyətli layihələri həyata keçirmiş ictimai xadimdir.

"Əminəm ki, o, federal mərkəzdə respublikaya lazımi dəstəyin göstərilməsi, investisiyaların cəlb edilməsi üçün sistemli işin həyata keçirilməsi və Moskvada kalmıklar arasında həmyerlilik əlaqələrinin artması üçün hər şeyi edəcək", - Xasikov deyib.

Sanqadji Tarbayev "Sbornaya RUDN" "KVN" komandasının tərkibində 2002-ci ildən 2007-ci ilədək çıxış edib. Bundan sonra o, filmlərdə və seriallarda prodüserlik edib. Bunların sırasında "Papinı doçki" və "Dayoş molodyoj" kimi layihələri göstərmək olar.

Tarbayev həmçinin 2010-cu ildə Xasikovla birlikdə "Fight Nights Global" adlı promouter şirkətinin təsisçilərindən biri olub.

Xatırladaq ki, Vladimir Zelenski də Ukrayna prezidenti seçilməzdən əvvəl komediya aktyoru, prodüseri və senaristi, eləcə də "KVN" iştirakçısı kimi tanınıb. Belə ki, vaxtilə o, "95-ci kvartal" adlı "KVN" komandasının kapitanı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.