Yaponiyada təxminən 2 milyon dollar dəyərində brilyant oğurlanıb

25-10-2019, 04:39           
Yaponiyada təxminən 2 milyon dollar dəyərində brilyant oğurlanıb
Yaponiyanın Yokohama şəhərində keçirilən qiymətli əşyalar sərgisindən təxminən 200 milyon yen (1.8 milyon dollar) dəyərində olan brilyant oğurlanıb.

Trend-in məlumatına görə, 50 karatlıq brilyant digər qiymətli daşlar arasında "Pasifiko Yokohama" sərgi mərkəzində nümayiş etdirilib. Sərgi bağlanmamışdan bir müddət əvvəl xidmətçi daşın yoxa çıxdığını aşkar edib.

Polislərin sözlərinə görə, brilyant çox qısa müddət ərzində oğurlanıb. Onlar bildirir ki, qarətçilər qrup şəklində hərəkət ediblər və ola bilər ki, sərgi salonunun xidmətçiləri arasında ortaqları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru