Ermənistanda məhkəmə hakimi yanğınsöndürənləri güllələyəcəyi ilə hədələyib

28-10-2019, 07:12           
Ermənistanda məhkəmə hakimi yanğınsöndürənləri güllələyəcəyi ilə hədələyib
Ermənistanda məhkəmə hakimi silahla ətrafındakı hamıya atəş açacağı ilə hədələyib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Kotaysk vilayətində baş verib.

Qeyd edilir ki, xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hаllar Nazirliyinin əməkdaşları hadisə yerinə gedərkən "Mazda" markalı, "12-NN-021" dövlət nömrə nişanlı avtomobilin sürücüsündən ona yol verməyi xahiş ediblər. Lakin avtomobilin sürücüsü nəqliyyat vasitəsindən düşərək əlindəki silahı onlara tuşlayıb. O, yanğınsöndürənlərin hamısını güllələyəcəyi ilə hədələyib.

Fakt üzrə araşdırma aparan polis avtomobilin Yerevan sakini N.K-ya məxsus olduğunu müəyyənləşdirib. Ancaq paytaxtın 35 yaşlı sakini Artur Avakyan hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobilin ona məxsusluğunu, hadisə zamanı sükan arxasında özünün olduğunu bildirib. O, qeyd edib ki, hadisə zamanı əlində "Bruni 84" markalı tapança olub.

Polis bölməsində fakt üzrə materiallar toplanılır. Qeyd edilir ki, Avakyan Ermənistanın İnzibati Məhkəməsinin hakimidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.