“PAŞA Həyat” son bir ildə – 44 MİLYON MANAT İTİRDİ

30-10-2019, 10:56           
“PAŞA Həyat” son bir ildə – 44 MİLYON MANAT İTİRDİ
Ölkənin ən iri həyat sığortası şirkətlərindən olan “PAŞA Həyat” sığorta şirkətinin yığımları azalıb.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı rəsmi hesabata əsasən “PAŞA Həyat”ın yığlmları son bir il ərzində kəskin azalaraq 164 442 100 manata düşüb.

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 209 227 200 manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 44 785 100 manat və ya 27,2% azalaraq 164 442 100 manat təşkil edib.

Qeyd edək ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib. Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru