Peskov Putinin yumruğunu şərh etdi

4-11-2019, 10:49           
Peskov Putinin yumruğunu şərh etdi
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Svetlogorskdakı görüşündə etdiyi jesti şərh edib. Xatırladdaq ki, həmin vaxt dövlət başçısı, ondan 451 milyon rubl istəyinə cavab olaraq yumruq göstərmişdi.

FaktXeber.com-un "Vesti"yə istinadla verdiyi məlumata görə,Peskov bu yumruğu "möhtəşəm formülə edilmiş bir tövsiyə" kimi qiymətlərndirib.

Qeyd edək ki, Svetlogorskda ictimai fəallarla görüşü zamanı Vladimir Putin ilkin tibbi yardımın maliyyələşdirilməsi problemini, həmçinin tibblə əlaqəli digər problemlərə də toxunub. Söhbət yerli məsələlərə yönəldikdə prezident yumruqlarını göstərməli olub. Bu, "Kurşskaya kosa" adlı milli parkın müdirinin velosiped yoluna 451 milyon rubl istədiyi zaman baş verib.

Bundan sonra dövlət başçısı bir müddət əvvəl baş verən hadisəni xatırladıb. Şimaldakı yerli əhali dələləri vəhşicəsinə öldürdükdən sonra dərilərini satırdı. Ekoloqlar bu heyvanların xilası üçün 30 milyon rubl istəyib. Prezident pul ayırmağa razılıq verib, amma imzaları üçün sənədləri ona gətirəndə orada tamamilə fərqli bir məbləğ göstərilib - 3 milyard rubl!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru