Keçmiş prezidentin oğlunu öldürən qatildən etiraf: “Buna görə...” – Tarixi qisas

22-11-2019, 09:46           
Keçmiş prezidentin oğlunu öldürən qatildən etiraf: “Buna görə...” – Tarixi qisas
Dünən Almaniyanın keçmiş prezidenti Riçard Vayzekkerin oğlunu bıçaqlayaraq öldürən qatil cinayətin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu qərarını Vayzekker ailəsinin Vyetnam müharibəsində istifadə olunan kimyəvi “Agent oranc” (“Agent orange”) maddəsinin istehsalı olunmasında iştirak etməsi ilə əlaqələndirib.

Keçmiş prezident Riçard Vayzekkerin oğlu Fritz Vayzekker dünən Berlində baş həkimi olduğu xəstəxanada keçirilən seminar zamanı qətlə yetirilib.

“Bild” qəzetinin məlumatına görə, adı açıqlanmayan qatil onu Vayzekker ailəsindən qisas almaq üçün öldürdüyünü etiraf edib.

Riçard Vayzekker Vyetnam müharibəsində ABŞ tərəfindən istifadə olunan zəhərli kimyəvi maddə olan “Agent oranc”ın istehsalı ilə məşğul olan “Boehringer Ingelheim” şirkətinin rəhbəri olub. ABŞ Vyetnam müharibəsində ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan “Agent oranc”dan istifadə etmişdi.

“Bild” Berlində törədilən cinayətin bununla bağlı olduğunu yazıb.

1984-1994-cü illərdə Almaniya prezidenti olan Riçard von Vayzekker bir neçə il əvvəl 94 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru