Büdcədən vəsait birbaşa Vəkillər Kollegiyasının hesabına köçürüləcək - İLK DƏFƏ

20-12-2019, 10:36           
Büdcədən vəsait birbaşa Vəkillər Kollegiyasının hesabına köçürüləcək - İLK DƏFƏ
Dövlət hesabına göstərilən hüquqi yardımda yaranan problem aradan qalxacaq.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu sahədə bəzi süründürməçiliklər var idi:

"Dövlət hesabına gösrərilən hüququ yardıma görə vəsaitlərin köçürülməsində bəzi problemlər var idi. Yeni dəyişikliyə görə, yeni dəyişiklikdən sonra birbaşa olaraq dövlət büdcəsindən həmin vəsait Vəkillər Koĺlegiyasının hesabına köçürüləcək. Bu ilk dəfə olacaq ki, büdcədən vəsait birbaşa Vəkillər Kollegiyasının hesabına köçürüləcək. Bu da vətəndaşlara göstəriləcək hüquqi yardımın keyfiyyətini artıracaq. İndiyəcək vəkilin ekspertiza üçün müraciət etmək hüququ yox idi. Qanunvericiliyə edilən yeni dəyişikliyə görə vəkil birbaşa Məhkəmə Ekspertiza Mərkəzi və gələcəkdə yaradılacaq özəl məhkəmə eksperti ilə müqavilə bağlayacaq və ekspertiza üçün müraciət edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.