Səfər Əbiyev ibtidai formada müdafiə olunmağa çalışır, amma zaman onun əleyhinədir - Keçmiş nazir hədəfdə

24-04-2015, 21:15           
Səfər Əbiyev ibtidai formada müdafiə olunmağa çalışır, amma zaman onun əleyhinədir - Keçmiş nazir hədəfdə
Keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı neçə müddətdir ki, bir sıra mətbu orqanlarda çox ilginc iddiaların və ittihamların yer aldığı materiallar yayılmaqdadır. Təbii ki, bu da əks tərəfdə - yəni hədəfə alınan ünvanda - keçmiş müdafiə nazirində və onun yaxınlarında qıcığa nədən olmaqdadır.

DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyada bildirilir ki, enində-sonunda açıqlanan, ictimailəşən faktların onu birbaşa hədəfə alacağını təxmin edən Səfər Əbiyev yaxınlarına həmin xəbər ünvanları ilə «dil tapmaq» barədə tapşırıq verib.

Məlumatlı mənbənin dia.az-a söylədikləri: «Səfər Əbiyev ciddi şəkildə narahatdır. Keçmiş nazir yaxşı bilir ki, onun vəzifədə oldduğu müddət boyunca yaxınları konkret olaraq doğmaca qardaşı tərəfindən hansı işləklər həyata keçirilib. Elə bu faktlar son dövrlər KİV-lərdə dövriyyəyə buraxıldığından keçmiş nazir özünümüdafiə zərurəti də hiss edib. Bunu yəqin ki, əksəriyyət hiss edib. Bəzi ünvanlarda Səfər Əbiyev xəfif şəkildə müdafiə olunur. Amma bu müdafiə o qədər ehtiyatlı və naşı şəkilddə təşkil olunur ki, hətta həmin materialı izləyənlər belə keçmiş nazirin səmimiyyətinə şübhə edir. Halbuki Səfər Əbiyev pullar xərcləyərək həmin materiallar hesabına özü barəsində arzusuna uyğun rəyi formalaşdırmağı qəsd edir».

Mənbə iddia edir ki, artıq iqtidarın yuxarı eşalonunda bir sıra dairələr keçmiş nazirl bağlı ən azından hüquqi təftiş qərarının çıxarılması üçün çaba səfr etməkdədirlər. Mənbənin dia.az-a söylədikləri: «Yəqin ki, bunun bir nəticəsi olacaq. Səfər Əbiyev olmasa da, yaxınları məhkəmə qarşısına çıxarıla bilər».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.