Çin koronavirusla bağlı şad xəbəri ELAN ETDİ – Dayandırdıq…

11-03-2020, 00:02           
Çin koronavirusla bağlı şad xəbəri ELAN ETDİ – Dayandırdıq…
Çin sədri Si Cinpin koronavirusun meydana gəldiyi Uhan şəhərinə səfər edib.

Teref.az publika.az-a istinadən məlumatına görə, o bildirib ki, koronavirusun yayılması böyük ölçüdə dayanıb. Uhan şəhəri kritik dönəmdə böyük fədakarlıq göstərdi deyən Si Cinpin, vəziyyətin yaxşılığa doğru getdiyini bildirib. Onun sözlərinə görə, epidemiya ilə mübarizədə həlledici dövrdür və bu dövrdə səhlənkarlığa yol vermək olmaz.

"Mübarizə sona qədər aparılmalıdır ki, əməklərimiz boşa getməsin” deyən Çin Sədri bəyan edib ki, hökumət lazımi addımları davam etdirir. Qeyd edək ki, Uhan şəhərində koronavirusa görə qurulan bütün müvəqqəti xəstəxanalar bağlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.