İrana ŞOK müharibə anonsu: Tramp orduya SƏLAHİYYƏT VERDİ

13-03-2020, 00:03           
İrana ŞOK müharibə anonsu: Tramp orduya SƏLAHİYYƏT VERDİ
ABŞ prezidenti Donald Tramp İraqda amerikalı hərbçilərin həlak olması ilə nəticələnən hücumla bağlı addımlar atmaq üçün Müdafiə Nazirliyinə səlahiyyət verib.

Bu barədə İsrailin “Haaretz”qəzeti məlumat yayıb. Pentaqon rəhbəri Mark Esper isə bildirib ki, hücumu həyata keçirən qüvvələrin cəzalandırılması üçün bütün seçimlər masadadır. Onun sözlərinə görə, hücumu İranın dəstək verdiyi qruplaşmalar həyata keçirib.

Xatırladaq ki, ötən gecə “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb. \\Publika












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.