BMT-nin qərargahında ilk koronavirusa yoluxma qeydə alındı

13-03-2020, 08:06           
BMT-nin qərargahında ilk koronavirusa yoluxma qeydə alındı
Filippinin BMT yanında daimi nümayəndəliyinin əməkdaşlarından biri koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq diplomatik missiya bağlanıb, onun bütün əməkdaşları evdə qalacaqlar.

Bu, BMT yanında diplomatik missiyada və ya Nyu-Yorkdakı katiblikdə xəstəliyin ilk aşkar edilməsidir.

“Şəffaflığın və ümumi təhlükəsizliyin xeyrinə bildirmək istəyirəm ki, Filippinin daimi nümayəndəliyindəki həmkarımız COVID-19 testinin müsbət nəticəsini aldı”, – deyə bildirilir.

Qeyd edilir ki, həmin şəxs sonuncu dəfə bazar ertəsi, martın 9-da 30 dəqiqə ərzində BMT-də olub. Lakin həmin vaxt onda xəstəliyin əlamətləri olmayıb. Diplomat günün birinci yarısında, BMT Baş Assambleyasının Qadınların vəziyyəti üzrə Komissiyasının iclası daxil olmaqla, bir sıra tədbirlər keçirilərkən beynəlxalq təşkilatın binasında olub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru