8 mart aksiyasının dindar iştirakçısı: - “Feminist deyiləm”

13-03-2020, 17:17           
8 mart aksiyasının dindar iştirakçısı: - “Feminist deyiləm”
Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan Zəhra Kələndərovanın aksiyadan bir gün sonra dayısı tərəfindən şiddətə məruz qaldığı bildirilib.

O, bu barədə “Facebook” səhifəsində məlumat yayıb və ölümlə hədələndiyini də vurğulayıb.

Sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də dindar olan gənc fəalın bir sıra plakatlarla, ardınca iştirakçılardan olan Aysel Ələkbərzadənin intihar cəhdi ilə gündəm mövzusuna çevrilən aksiyaya qatılması olub.

Cebhe.info-ya açıqlamasında gənc fəal ailəsinin ,xüsusilə anasının ona bu yolda dəstək olduğunu deyib: “Əslində mən feminist deyiləm, feminist hərəkatının üzvü də deyiləm, orda olmağımın səbəbi sadəcə və sadəcə qadınların haqlarının tapdalanması, günümüzdə qadınlara qarşı şiddətin olması idi. Mən oraya getdiyimə görə ailəmdə heç bir təzyiqə məruz qalmamışam. Əksinə, ailəm, hətta anam dəstəkləyir. Ailəmdən heç bir basqı görmədiyim halda dayım tərəfindən şiddətə məruz qalıram. Həmçinin anam da məni müdafiə etdiyinə görə şiddətə məruz qalır. Sosial şəbəkədə paylaşdığım mesajları mənə dayım yazmayıb. Amma dayımla bağlı bu söhbət olandan sonra onu tanıyan dostları və ya onu dəstəkləyənlər mənə o cür təhdidvari, ölümlə hədələyəcək mesajlar yazıb göndərirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.