ÜST koronavirusla mübarizəyə vəsait toplamaq üçün fond yaratdı

14-03-2020, 09:13           
ÜST koronavirusla mübarizəyə vəsait toplamaq üçün fond yaratdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun pandemiyasına qarşı mübarizə məqsədilə ianələr toplamaq üçün Həmrəylik Fondunun (Solidarity Response Fund) yaradıldığını elan edib.

Bu barədə ÜST-nın veb saytında məlumat yerləşdirilib.

Bildirilir ki, fond xəstəliklə qlobal mübarizədə yaxından iştirak etmək üçün dünyanın istənilən yerində olan fiziki şəxs, korporasiya və müəssisələrə birləşməyə imkan verəcək.

Toplanan vəsaitlər bütün ölkələrə, xüsusilə də risk altında olanlara böhrana hazır olmağa və ona reaksiya verməyə imkan vermək üçün ÜST-nin strateji hazırlıq və reaksiya Planında nəzərdə tutulmuş addımlara yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru