Tramp koronavirus testindən keçəcəyini açıqladı

14-03-2020, 11:47           
Tramp koronavirus testindən keçəcəyini açıqladı
ABŞ prezidenti Donald Tramp bütün dünyada yayılan koronavirus səbəbilə əsaslı addım atacaqlarını bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ABŞ-da koronavirus səbəbilə ölənlərin sayının artması ilə ölkədə fövqəladə vəziyyət elan edib. Son rəqəmlərə görə, ABŞ-da məlum xəstəlikdən ölənlərin sayı 41, yoluxanların sayı isə 1700 olaraq göstərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Trampın iştirak etdiyi iclasda koronavirus aşkarlanmışdı. Bu hadisədən sonra ABŞ prezidentinin səhhəti barədə bir çox şayiələr ortaya çıxmışdı. Bu səbəblə Tramp son açıqlamasında koronavirustestindən keçəcəyini bildirib: "Böyük ehtimalla virüs testindən keçəcəyəm. Hazırda bir proqram üstündə işləyirik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.