Çində koronavirusdan bir gündə 10 nəfər öldü

15-03-2020, 04:02           
Çində koronavirusdan bir gündə 10 nəfər öldü
Ötən gün ərzində Çində koronavirus qurbanlarının sayı daha 10 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa daha 20 nəfər yoluxub, 1 370 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, Çində koronavirus xəstələrinin ümumi sayı 80 844 nəfərdir. Ölkədə ümumilikdə 65 900 nəfər sağalıb, daha 3 199 nəfər virusun qurbanı olub.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru