Rusiya yoluxanların sayına görə Çini ötdü 27-04-2020, 14:58 Rusiya yoluxanların sayına görə Çini ötdüRusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub.“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.Bununla da Rusiyada yoluxanların sayı 87 147 nəfərə çatıb.Ölkədə virusdan ölənlərin sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib.Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 7 346 nəfər sağalıb.Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 996 000-i ötüb. Bunların 881 903 nəfəri sağalıb, 207 024 nəfəri isə ölüb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Facebook-da paylaş