"ASAN xidmət"də onlayn növbələrin ləğv olunacağı hallar açıqlandı

27-04-2020, 15:45           
"ASAN xidmət"də onlayn növbələrin ləğv olunacağı hallar açıqlandı
“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu zamanı bəzi məqamlara aydınlıq gətirilib.

"Report" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.

Qeyd olunub ki, əldə olunan onlayn növbə ilə bağlı müəyyən olunan vaxtda vətəndaşların xidmət pəncərəsinə yaxınlaşmadığı təqdirdə onların növbəsi ləğv olunur və bərpası mümkün olmur.

Eyni zamanda hazır sənədlərin götürülməsi üçün öncədən növbə almağa ehtiyacın olmadığı vurğulanıb.

Dövlət Agentliyi növbə götürən vətəndaşlara müvafiq mərkəzə 15 dəqiqə tez gəlməyi tövsiyə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.