Kimsə əfv sərəncamı yazmaqdan imtina etməyib - Penitensiar Xidmət

28-04-2020, 16:30           
Kimsə əfv sərəncamı yazmaqdan imtina etməyib - Penitensiar Xidmət
Ədliyyə Nazirliyi Penitensiar Xidməti əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, belə bir halın baş vermədiyini deyib: "Kimsə əfv sərəncamı yazmaqdan imtina etməyib. Hansı məhkum əfv sərəncamı ilə bağlı Prezident İlham Əliyevə müraciət edibsə, bütün sənədlər aidiyyəti üzrə göndərilib. Kimsə ailə problemi olduğuna görə əfvdən imtina etməyib".

Xatırladaq ki, mətbuatda Prezident İlham Əliyevin aprelin 6-da pandemiya səbəbindən imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin ailə probleminə görə azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru