“On bir xəstəliyə qarşı immunlaşma işləri görülür” - Səhiyyə naziri

29-04-2020, 00:03           
“On bir xəstəliyə qarşı immunlaşma işləri görülür” - Səhiyyə naziri
“İllərdir Azərbaycanda immunlaşdırma, vaksinasiya işləri gedir. Məhz bunun nəticəsidir ki, bir çox idarəolunan infeksiyaların – qızılca, məxmərək və s. qarşısını ala bildik. Bizdə 11 xəstəliyə qarşı immunlaşma işləri görülür”. “Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəiyev AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

Nazir bildirib ki, 20-26 aprel tarixlərində immunlaşdırma həftəsi keçirilib:“Bu tədbirlər vaksinasiyadan yayınan uşaqlar üçün aparılıb. Çünki vaksinasiyaların aparılması mütləqdir. Əgər belə tədbirlər vaxtında görülməsəydi, bizdə də problemlər yarana bilərdi. Ümumdünya Səhiyyə Təşkilatı da buna görə daim Azərbaycanı dəstəkləyir”.

Nazir vurğulayıb ki, immunlaşdırma aparılan və aparılmayan ölkələrdə koronavirusa yoluxmanın faiz nisbətlərinə də baxdıqda, belə qənaətə gəlmək olur ki, bu məsələnin də epidemiyaya təsiri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru