Trampdan müəmmalı sözlər: "Virus vaksinsiz yox olacaq, gələn həftə..."

30-04-2020, 09:20           
Trampdan müəmmalı sözlər:
ABŞ Prezidenti Donald Tramp yaxın zamanlarda ölkə daxilində səfərlərə başlayacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə Ağ Evdə iqtisadiyyatın canlandırılmasına həsr olunmuş yığıncaqda jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Həftələrdir koronavirus səbəbilə Ağ Evdən kənara addım atmadığını qeyd edən dövlət başçısı gələn həftə Arizonaya, daha sonra Ohayo ştatına gedəcəyini bildirib.

Koronavirusa qarşı vaksin axtarışlarına Donald Trampın münasibəti belə olub: "Virus yox olarsa, bəlkə də vaksinə ehtiyac qalmadı. Təbii, vaksin tapılsa çox gözəl olar".

"Virusun vaksin olmadan özü-özünə yox olacağınımı düşünürsüz" sualına cavabda ABŞ prezidenti deyib ki, virus gedəcək, günlərin birində aradan çıxacaq, ortadan yox olacaq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru