Eldar Mahmudovun bankında qalmaqal.. - ETİRAZ

30-04-2020, 18:26           
Eldar Mahmudovun bankında qalmaqal.. - ETİRAZ
"AG Bank" ASC-ə ötən günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən inzibatçı təyin olunub.
"Kommersant.az" xəbər verir ki, əldə etdiyimiz məlumata görə bu gün AMB əməkdaşları və müştərilər arasında insident baş verib. İnsidentin yaranma səbəbi AMB işçilərinin müştərilərə qarşı aqressiv davranışları olub. Müştərilərin məlumatına görə, AMB əməkdaşları maaş kartı "AG Bank"a məxsus olan müştərilərin kartlarını bloklayaraq əməkhaqlarının nağdlaşdırılmasına qadağa qoyur. Bundan başqa banka aid post- terminalları da bloklamaq istəyən AMB əməkdaşları müştərilərin haqlı etirazları ilə qarşılaşıb.

Qeyd edək ki, rəsmi əməkhaqlarını "AG Bank"dan əldə edən müştərilərin plastik kartları bloklanıb və digər bankların bankomatlarından komissiyalı nağdlaşdırma etməsinə icazə verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru