Neft şirkətləri batır: Zərər trilyona çatdı

1-05-2020, 00:01           
Neft şirkətləri batır: Zərər trilyona çatdı
Bu il qiymətlərin kəskin aşağı düşməsi neft şirkətlərinə böyük zərər vurur. Ümumi ziyanın 1 trilyon dollara çatacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, neft şirkətləri çox ağır duruma düşüb. Keçən illə müqayisədə gəlir 40 faiz azalıb.

“Rystad Energy” tədqiqat şirkətinin materiallarına görə, keçən il neft şirkətlərinin qazancı 2,47 trilyon dollar olub. Bu il qazanc 1,47 trilyon dolları keçə bilməz.

Pandemiyaya qədər illik gəlirin 2,52 trilyon dollar olacağı gözlənilirdi. Koronavirus bütün proqnozları alt-üst etdi. Böyük zərər qaçılmazdır.

Enerji sektorunun ÜDM payı da kəskin azalıb. Əvvəllər pay 15 faiz civarında olurdu. İndi bu rəqəm 3 faizdən çox deyil.

Martdan neftin qiyməti heyrətedici səviyyədə aşağı düşüb. “Brent” son 21 ilin ən aşağı dəyərini görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru