Uşaqlar arasında yayılan yeni xəstəliklə bağlı ÜST hərəkətə keçdi

1-05-2020, 03:21           
Uşaqlar arasında yayılan yeni xəstəliklə bağlı ÜST hərəkətə keçdi
Daha öncə də xəbər verdiyimiz kimi, Avropada uşaqlar arasında yeni xəstəlik yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlarda damar iltihabı ilə müşahidə olunan bu xəstəliyin koronavirusla əlaqəli olduğu təxmin edilir. Bu xəstəliyin ən çox Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və İsveçrə kimi ölkələrdə rastlandığı bildirilib.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məsələ ilə bağlı hərəkətə keçdiyini açıqlayıb. Xəstəliklə bağlı müalicə metodunun tapılması üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, artıq 100-dək uşaqda bu xəstəlik aşkarlanıb. Xəstəliyin simptomlarına həzm sisteminin pozulması, yüksək hərarət və dəridə yaranan səpkilər aiddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru