İspaniyada yürüş və idmanla məşğul olmaq üçün insanların evdən çıxmalarına icazə verilib.
KONKRET.az xəbər verir ki, TASS-ın məlumatına görə, qadağanın götürülməsindən sonra sakinlər kütləvi şəkildə küçələrə axışıblar. Həmin qadağa bir aydan çox mövcud olub.
Qeyd edək ki, İspaniya koronavirusun yayılmasına görə ilk yerlərdə olan ölkələrdən hesab olunur.