Beş ölkənin kəşfiyyatçıları Çinin günahkar olduğunu deyirlər

4-05-2020, 00:00           
Beş ölkənin kəşfiyyatçıları Çinin günahkar olduğunu deyirlər
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın xüsusi xidmət orqanlarının Çinlə bağlı 15 səhifəlik birgə hesabatı dərc olunub.

Moderator.az xəbər verir ki, hesabatda Çinin Kovid-19 virusu ilə bağlı sənədlərin əksərini məhv etdiyi bildirilir. Sənəddə deyilir ki, Çin dövləti koronavirusun laboratoriyadan sızdığını, insandan insana keçdiyini bilə-bilə bu informasiyanı uzun müddət öz vətəndaşlarından və dünya ölkələrindən gizlədib. Sonra isə bioloji materialları xarici mütəxəssislərə verməkdən imtina edib.

Kəşfiyyat hesabatında həmçinin koronavirus haqda məlumatlı olan çinli alimlərin müxtəlif vasitələrlə ictimaiyyətdən təcrid edildiyi vurğulanır.

Beş ölkə xüsusi xidmət orqanlarının tərtib etdiyi kəşfiyyat hesabatda deyilir ki, 2013-cü ildə Çinin Uhan şəhərində doktor Si Cen Linin rəhbərliyi ilə bir qrup alim laboratoriyada təcrübə aparıb. Laboratoriyada tərkibi tam müəyyən edilməmiş virusun yeni növ Kovid-19 virusu olduğu ehtimal edilməyib. Buna görə də tədqiqatlar tam sərbəst şəraitdə aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.