Hakerlər yarım milyon “Zoom” hesabını satıblar

4-05-2020, 08:07           
Hakerlər yarım milyon “Zoom” hesabını satıblar
Bir qrup haker "Zoom" videokonfrans xidmətinin yarım milyon hesablarını satışa çıxararaq satıb.

"Report"un məlumatına görə, bu barədə "Sunday Times" xəbər yayıb.

"Cyble" şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri hesabları bir pensdən (90 qəpik) alıb. Satıcı "Telegram"ın rusdilli istifadəçisi olub. Nəşrin bildirdiyinə görə, bəzi hesablar "Cyble" müştərilərinə məxsus idi, buna görə şirkət onların həqiqiliyini müəyyənləşdirə bilib.

Hakerlər satışa e-poçt ünvanları, giriş və parol, söhbət bağlantısı və videokonfransların idarəetmə pin kodları kimi məlumatlar yerləşdiriblər.

Koronavirus pandemiyası səbəbindən şirkətlərin və məktəblərin kütləvi şəkildə məsafəli formata keçməsi səbəbindən "Zoom" istifadəçilərinin sayı artıb. Belə ki, ötən ilin dekabr ayında gündəlik 10 milyona yaxın insan, mart ayında isə artıq 200 milyon insan xidmətdən istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru